ZKTeco Authorized Distributor

Dünyanın 130 ölkəsində təmsil olunmuş - Təhlükəsizlik texnologiyaları sahəsində GLOBAL LİDER
trolley E-Mağazamanage_accounts Haqqımızda
TƏHLÜKƏSİZLİK TEXNOLOGİYALARI
Təhlükəsizlik, giriş nəzarəti və identifikasiya sistemləri üçün təqdim etdiyimiz müasir avadanlıq və texnoloji həllər
FortinetPaloaltoExtreme networksJuniperAristaArubaCiscoHikvisionUbiquitiVutlanZKTecoDahua
KORPORATİV HƏLLƏR
əsas fəaliyyət istiqamətləri
01
Əməkdaşların İş Vaxtının Uçotu
İş vaxtının sadəcə qeydiyyatı deyil — tam nəzarət və analiz
Əməkdaşların giriş-çıxış saatlarının avtomatik qeydiyyatı, gecikmələrin və əlavə iş saatlarının hesabatı, filiallar üzrə mərkəzləşdirilmiş idarəetmə imkanı. Sistem HR və mühasibatlıq proseslərini optimallaşdırır, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir.

Real-time izləmə | Filiallar üzrə vahid idarəetmə | Hesabat və inteqrasiya imkanları
02
Biometrik İdentifikasiya Texnologiyaları
Face • Fingerprint • Palm Recognition
Süni intellekt əsaslı biometrik identifikasiya ilə sürətli, təhlükəsiz və təmassız giriş təmin edin. Yüksək dəqiqlik, saxtalaşdırmaya qarşı qoruma və saniyələr içində identifikasiya. Kiçik və iri müəssisələr, banklar, zavodlar və dövlət qurumları üçün ideal həll.

99%+ tanıma dəqiqliyi | Təmassız keçid | Anti-spoof texnologiyası
03
Giriş-Çıxışa Nəzarət Sistemləri
PIN • Card • QR • NFC • UHF
Məkanlara giriş artıq tam nəzarət altındadır. Əməkdaş, qonaq və nəqliyyat axınını fərqli identifikasiya üsulları ilə idarə edin. Sistemlər proqram təminatı ilə inteqrasiya olunaraq vaxt məhdudiyyəti, zonalar üzrə icazə və təhlükəsizlik ssenariləri qurmağa imkan yaradır.

Zonalar üzrə icazə sistemi | Qonaq idarəetməsi | ERP / HR inteqrasiyası
04
Fiziki Məhdudlaşdırma Sistemləri
Turnstile • Parking Barrier • Road Bollard
Fiziki təhlükəsizliyin ilk xətti. Turniketlər, avtomatik şlaqbaumlar və hidravlik bollard sistemləri ilə obyekt ərazisinə nəzarəti gücləndirin. Yüksək davamlılıq və intensiv istifadə üçün nəzərdə tutulmuş peşəkar həllər.

İntensiv axın üçün uyğun | Paslanmaz polad konstruksiya | Avtomatlaşdırılmış idarəetmə
05
Təhlükəsizlik Sistemləri
Metal Detektorlar
Kütləvi məkanlar üçün yüksək səviyyəli təhlükəsizlik. Stadionlar, ticarət mərkəzləri, tədbirlər və müxtəlif qurumlarda qadağan olunmuş əşyaların aşkarlanması üçün professional metal detektor sistemləri.

Yüksək həssaslıq | Sürətli keçid axını | Səsli və vizual xəbərdarlıq
06
Analitik Video Müşahidə Sistemləri
Sadəcə izləmə deyil — analiz və proqnozlaşdırma
Süni intellekt əsaslı kameralar üz tanıma, obyekt aşkarlama, insan sayımı, davranış analizi və təhlükə siqnallarını avtomatik müəyyən edir.

AI əsaslı analiz | Arxiv və sürətli axtarış | Mərkəzləşdirilmiş idarəetmə
07
Reklam və Rəqəmsal Məlumat Ekranları
LED Outdoor • Indoor • Video Wall • Interactive Board
Reklam məlumatlarınızı və brendinizi dinamik şəkildə nümayiş edin. Ticarət mərkəzləri, korporativ ofislər, tədbirlər və açıq məkanlar üçün yüksək keyfiyyətli LED ekran və video wall həlləri. Kontentin mərkəzləşdirilmiş idarə olunması və planlaşdırılması.

Yüksək parlaqlıq və enerji effektivliyi | Uzaqdan idarəetmə | Reklam və daxili kommunikasiya üçün ideal həll
08
Proqram Təminatı Həlləri
Analitika və ağıllı hesabatlar
Bütün sistemlərin vahid platformada idarə olunması, hesabatların avtomatik formalaşdırılması və digər korporativ sistemlərlə inteqrasiyası.

Web əsaslı idarəetmə | ERP, HR, 1C inteqrasiya | Fərdi modul hazırlanması
SUAL - CAVAB
tez-tez verilən suallar
İnternet mağazanızda lazımi şəbəkə avadanlığı yoxdursa nə etməli?
İnternet mağazanızda lazımi şəbəkə avadanlığı yoxdursa nə etməli?
Sİzə rahat olan E-mail, Telefon, Whatsapp, Telegram və ya Sosial şəbəkələr vasitəsi ilə bizimlə əlaqə saxlayın.
Tələb olunan şəbəkə avadanlığını, xüsusiyyətlərini və digər istəklərinizi bildirin. Sorğunuz əsasında qiymət təklifi hazırlanacaq. Şirkətlər arasında müqavilə bağlandıqdan sonra, 15-25 iş günü ərzində, avadanlıqlar, qeyd etdiyiniz ünvana çatdırılacaq.
Alınan avadanlıqlara zəmanət verilir?
Alınan avadanlıqlara zəmanət verilir?
Yeni avadanlıqlar üçün zəmanət müddəti istehsalçı tərəfindən, 1 (bir) il müddətinə təyin olunur. İşlənmiş avadanlıqlar üçün təyin olunan zəmanət müddəti - 6 (altı) aydır. Zəmanət müddəti avadanlıqda nasazlıq yaranarsa, diaqnostikadan sonra dərhal dəyişdirilir. Bizdən əldə etdiyiniz istənilən avadanlıqlarının zəmanət müddətini əlavə ödəniş müqabilində uzada bilərsiniz. Qeyd etmək istəyirik ki, bütün şəbəkə avadanlıqları, satışdan öncə sertifikasiyadan keçmiş mütəxəssislərimiz tərəfindən test edilir.
Ödənişi necə edim?
Ödənişi necə edim?
"TechnoVision" MMC şirkəti ƏDV ödəyicisidir. Biz həm fiziki, həm də hüquqi şəxslərlə əməkdaşlıq edirik. Bir neçə üsul ilə ödəniş etmək mümkündür:
- Hesab Faktura əsasında bank köçürməsi ilə
- Debet kartı və yaxud BirBank-ın taksit kartları ilə
- Nağd pul ilə
Şəbəkə avadanlıqlarını necə icarəyə götürmək olar?
Şəbəkə avadanlıqlarını necə icarəyə götürmək olar?
İlk növbədə icarə üçün zəruri avadanlıqları internet mağazamızdan seçin. Bizə zəng edin və yaxud elektron ünvanımıza icarə müddətini və avadanlığın xüsusiyyətlərini yazıb göndərin. İcarəyə götürülmüş avadanlıqların tənzimlənməsi və quraşdırılması xidmətlərini də təqdim edirik. Şəbəkə avadanlıqlarını aylıq və yaxud gündəlik icarəyə götürmək mümkündür. Təxmini aylıq icarə haqqı - internet mağazadaki qiymətin 10%-15% təşkil edir. Dəqiq qiyməti menecerdən ala bilərsiniz.
IT Audit nə üçün lazımdır?
IT Audit nə üçün lazımdır?
IT Audit-in məqsədi - müəssisənin IT strukturunun təşkilində bütün çatışmazlıqları və bununla bağlı riskləri müəyyən etməkdir. Audit zamanı müəssisənin şəbəkəsi və şəbəkə avadanlığı, sistem proseslərin və məlumatların təhlükəsizliyi, istifadə olunan proqram təminatı, serverlər və kompüterlər yoxlanılır. Təhlil edildikdən sonra, hesabat formasında hazırlanan, təklif və tövsiyələr tərtib olunur. Hesabatda bütün zəruri məlumatlar əks olunur.
IT Autsorsinq nədir?
IT Autsorsinq nədir?
IT Autsorsinq - müqavilə əsasında podratçı tərəfindən, müəssisələrin IT infrastrukturuna xidmət göstərilməsidir. Autsorsinq - sabit aylıq abunəlik və ya birdəfəlik xidmət formatında göstərilir. "TechnoVision" MMC bu xidmətləri şirkət və müəssisələrə təqdim edir. IT sistemlərin, proqram təminatının fasiləsiz və təhlükəsiz istismarı, informasiya təhlükəsizliyinin təmin edilməsi, serverlərin dəstəklənməsi, şəbəkə və rabitə avadanlıqlarının tənzimlənməsi, Cloud və digər xidmətlər.
ŞİRKƏT HAQQINDA
ŞİRKƏT HAQQINDA
TechnoVision MMC
ZKTeco Brendinin Azərbaycanda Rəsmi Distribyutoru
TechnoVision şirkəti 10 ildən çox bu sahədə çalışan IT mütəxəssislər tərəfindən təsis edilib və Azərbaycan-ın informasiya texnologiyaları bazarında dinamik inkişaf edir.

Müştərilərimizə IT avadanlıqlarının xərclərini azaltmağa, işləmə müddətini artırmağa kömək edirik. Biz ekoloji cəhətdən təmiz bir şirkət olmağa çalışırıq və xidmətlərimizi bu məqsədə uyğunlaşdırmışıq.

Müxtəlif mühəndislik layihələrinin həyata keçirilməsində, böyük təcrübəyə malik olan və mütəmadi olaraq, yüksək texnologiyalı avadanlıq və proqram təminatının aparıcı istehsalçılarından təlim və sertifikasiyadan keçən şirkətin mütəxəssisləri tərəfindən, istənilən mürəkkəblikdə olan layihələr icra olunur.

TechnoVision tərəfindən həyata keçirilən layihələr, müştərilərimizin iş proseslərinin optimallaşdırılmasına təşviq edir, bu da biznesin səmərəliliyinin artmasına və xərclərin azalmasına gətirib çıxarır.
CLOUD XİDMƏTLƏRİ
Biznesi gücləndirmək üçün qabaqcıl və etibarlı texnologiyalar
Cloud - istifadəçilərə internet vasitəsi ilə, lazımi resurslarla işləməyə imkan verən güclü serverlər şəbəkəsidir: böyük məlumatları təhlil etmək, məxfi məlumatları saxlamaq, virtual iş masalarını yerləşdirmək, bir layihədə bir neçə komanda ilə eyni vaxtda işləmək və hesablamalar aparmaq.
2024-cü ildə, şirkətlər hələ də öz infrastrukturlarını yerli məlumat mərkəzlərində fiziki avadanlıq üzərində yerləşdirir, proqram təminatı lisenziyaları alır və müəsissə daxilində proqram inkişaf platformaları qurur. Bütün bunlar böyük maliyyə, kadr və vaxt resursları tələb edir.
Cloud xidmətləri ilə vəziyyət fərqlidir. Cloud-un sabit işləməsi üçün sizə yalnız internet bağlantısı və texniki dəstək ilə məşğul olacaq etibarlı tərəfdaşınız - TechnoVision - xidmət provayderi lazımdır.
Sualınız qaldı?
  Bizimlə əlaqə saxlayın!
Hər gün saat 09:00-21:00-dək
location_on
Ünvan