ZKTeco UHF5 Pro — avtomobillərin giriş-çıxışını avtomatik idarə etmək üçün istifadə olunan müasir UHF RFID oxuyucusudur.
Uzaqdan oxuma qabiliyyətinə malikdir. UHF5 Pro, dayanacaqlarda, müəssisə girişlərində və digər nəzarət sistemlərində effektiv və etibarlı həllər təklif edir.
QİYMƏTƏ ƏDV DAXİLDİR! Ödəniş nağd və ya köçürmə yolu ilə.
Əsas xüsusiyyətləri:
UHF5 Pro, 2–6 metr məsafədən RFID kartlarını oxuyur.
Cihazın alt hissəsində yerləşən 7 rəngli LED göstərici (qırmızı, yaşıl, mavi, sarı, sya, bənövşəyi, ağ) oxuma statusunu vizual olaraq göstərir.
İki iş rejimi “Daimi oxuma” (standart) və “Tətiklə oxuma” rejimləri ilə işləyir, bu da müxtəlif istifadə ssenarilərinə uyğunluq təmin edir.
Geniş əlaqə interfeysləri. Wiegand (26–98), RS485 və USB interfeysləri vasitəsilə müxtəlif sistemlərlə inteqrasiya imkanı verir.
Yüksək qoruma səviyyəsi. IP66 dərəcəli qoruma səviyyəsi sayəsində toz və suya qarşı davamlıdır, bu da cihazı açıq hava şəraitində istifadəyə yararlı edir.
Geniş tezlik diapazonu
Yüksək anten gücü. 9 dBi gücündə antenası ilə sabit və güclü siqnal təmin edir.
Ətraf mühitə uyğunluq. -20°C-dən +65°C-yə qədər temperaturda və 85%-ə qədər rütubətdə etibarlı işləyir.
Kompakt ölçülər və yüngül çəki. Ölçüləri 308.5 x 308.5 x 67.5 mm, çəkisi isə 1.8 kq-dır, bu da quraşdırmanı asanlaşdırır.
ZKTeco brendinin Azərbaycanda Rəsmi Distribyutoru: TechnoVision MMC
TechnoVision – İnnovativ həll yolları!
| Tezlik | 865MHz to 868 MHz |
| Güc Təchizatı | 1.2 to 4.2 W |
| Ölçülər | 308.5 x 308.5 x 67.5 mm |
| Antenna | 9 dBi |
| Oxuma Məsafəsi | 2 - 8 m |
| Zəmanət | 1 il |